EN TEHLUKELİ YOLLAR | Rent a Car Azerbaijan

ƏN TƏHLÜKƏLİ YOLLAR

Danger road

ƏN TƏHLÜKƏLİ YOLLAR

Top-5: dünyanın ən təhlükəli yolları

 1. D915 Yolu və ya Bayburt  Yolu, Türkiyə

Yolun bir tərəfi dağ yamacı, digər tərəfi isə  ölümlə nəticələnə biləcək yüz min metrlik uçurumdur. Heç bir qoruyucu baryerlərin olmaması, həmçinin qaya və torpaq sürüşmələri – “xoş və rahat yol” üçün başqa nə lazımdır? D915 yolu  təcrübəli sürücülər üçün əsl sınaqdır və 29 sərt döngə dağın həyacınını tam hiss etdirəcək gücdədir. Bəzi döngələr çox dar olduğundan, 2 avtomobilin eyni zamanda dönməsi mümkün deyil. Yük maşını və ya avtobusla getdiyiniz halda bu ciddi bir problem ola bilər. Bayburt yolu, dəniz səviyyəsindən 1820 metr yüksəklikdə yerləşir, buda o deməkdir ki, burada daim qar və yağış yağır. Lakin, bütün təhlükələrə baxmayaraq, yerli sakinlər mütəmadi olaraq bu yoldan istifadə edirlər və bütün mümkün nəqliyyat növləri ilə yola düşürlər.

2. Şeytan Tramplini (Trampolín del Diablo), Kolumbiya

Şeytan tramplini sözü Kolumbiya dağ yolunun təhlükəliliyini və darlığını təsvir edir. Hündürə qalxdıqca təhlükə daha da artır. Lakin ən dəhşətlisi tamamilə sərt  və kəskin döngələrdir. Bütün bunlara baxmayaraq, burada iki istiqamətli yol mövcuddur və həm minik avtomobilləri ilə, həm də böyük avtobuslarla bu yoldan istifadə olunur. Yaşam mücadiləsini duman və uçurumlar dahabda çətinləşdirir. Dağın zirvəsində səyyahları La Laguna adlı gözəl kiçik kənd və gözəəl mənzərələr gözləyir.

3. Pist-de-Jaffar (Piste de Jaffar), Marokko

Jaffar ərazisi, dik yamacları olan təpənin mərkəzində buzlaq eroziya nəticəsində yaranan təbii dağ yoludur. Bu təbiət yolu Pist de Jaffar adlanır və ürəyi zəif səyahətçilər üçün uyğun deyil. “Piste de Jaffar”ı yol hesab etmək olmaz.O, təhlükəli, qayalı bir cığır sayılır. Bu cığırdan təkcə yerli sakinlər deyil, həmçinin kəskin hisslər yaşamaq və təsvir edilə bilməyən mənzərəni görmək üçün cəsur turistlər də istifadə edirlər. Bu istiqamətə getməyi qərara alsanız, təcrübəli yerli sürücülərdən istifadə edə bilərsiniz, çünki bu yollarda heç kim avtomobili onlardan daha yaxşı idarə edə bilməyəcək.

4. KilonqKiştvor yolu (Keylong-Kishtwar), Hindistan

Kilonq-Kiştvor, Hindistan yolu dağlıq ərazidə olan bir qrunt yoldur. Tamamilə heç bir qoruyucu quruluşa malik deyildir. Bunu bir tərəfdən də baş gicəlləndirən görünüşünə sahib bir cığır olduğunu söyləmək daha ədalətli olardı. Bu cığır olduqca dardır və uçurumun bəzi hissələrində qayalar səyahətçilərin və sürücülərin üzərlərinə gələcəkmiş kimi asılıb.

5. Voyak dağı (Vojak), Xorvatiya

Bu yolla zarafat etməmək lazımdır. Hətta burada sürücünün yalnız öz məsuliyyət ilə hərəkət etdiyini söyləyən bir yol nişanı vardır. Bütün bunlar XX əsrin əvvəllərində alpinistlər tərəfindən tikilən Voyak dağının zirvəsində yerləşən daş qülləsinə aparan marşrutla bağlıdır. Bəzi sahələrdə meyl 28.3% -ə çatır! Bu cür meylli yolda avtomobillə müqayisədə ayağla getmək daha təhlükəsizdir …

Xəbərlərimizə abunə ol

Print Friendly, PDF & Email

Leave a Reply

Call Now Button
Gözləyin...

Bizim xəbərlərə abunə olun

Maraqlı və faydalı xəbərlərimiz sizin üçündür.
Scroll Up