Avtomobil seçimi və psixologiya | Rent a Car Azerbaijan

Avtomobil seçimi və psixologiya

Avtomobil seçimi və psixologiya

Avtomobil seçimi və psixologiya

Avtomobil seçimi və psixologiya

Psixologiya böyük bir elmdir. Bu elm yalnız insanın şüuraltını bölgəsini öyrənmir, eyni zamanda insan fəaliyyət əhatəsini öyrənir. Müasir psixoloqlar hansı növ avtomobili sürməyimiz əsasında hər bir insanın şəxsi xüsusiyyətlərini və yediyimiz yeməklərin, geyindiyimiz paltarların, necə və nəcür yaşamağımızı aşkara çıxarda bilirlər.

Hesab olunur ki, hər bir avtomobil öz sahibi haqqında çox şey söyləyə bilər. Məsələn, alimlər belə bir qənaətə gəliblər ki, böyük və ağır həcimli avtomobilləri əsasən qeyri-adiliyi sevən və özünü daha çox lider kimi görən insanlar seçir.  Kiçik, parlaq avtomobilləri çox vaxtı öz rahatlıqlarını hər bir şeydən üstün tutan şəxslər seçirlər. Orta ölçülü avtomobillərin sahibləri əsasən sabitliyi və əmin-amanlığı sevən insanlar olurlar. Onlar üçün bir avtomobil lüks ola bilər, amma heç vaxt unutmurlar ki, bu sadəcə bir nəqliyyat vasitəsidir.

Avtomobilin rəngi də sahibinin özəl xüsusiyyətləri və sükanın arxasında kim olduğunu rahatlıqla bildirir. Belə ki, qırmızı və sarı rəngləri, çox vaxt qadın sürücülər və ya çox gənc insanlar tərəfindən seçilir. Qara, boz və mavi rənglər isə əsasən biznes adamları tərəfindən seçilir. Tünd yaşıl, tünd qırmızı və bənövşəyi rəngləri seçən şəxslər əsasən ailə dəyərinə çox önəm verən olurlar. Eqoist və həmdəm xəyal insalar əsasən ağ rəngli avtomobillərə üstünlük verirlər. Bəs siz hansı növ avtomobili sevirsiniz?

Print Friendly, PDF & Email

Leave a Reply

Call Now Button
Gözləyin...

Bizim xəbərlərə abunə olun

Maraqlı və faydalı xəbərlərimiz sizin üçündür.
Scroll Up