"Wi-Fi maşın standartı" adlı təklif rədd edilib | Rent a Car Azerbaijan

“Wi-Fi maşın standartı” adlı təklif rədd edilib

eu_commission

“Wi-Fi maşın standartı” adlı təklif rədd edilib

“Wi-Fi maşın standartı” adlı təklif rədd edilib

“Volkswagen”, “Renault” və “Toyota” şirkətləri və Avropa Komissiyasının birgə yeni layihəsi Avropa xalqları tərəfindən rədd edilib. Belə ki, onların birgə “Wi-Fi maşın standartı” adlı təklifi 28 üzvdən ibarət Avropa Şurasında – Almaniya, Fransa və İtaliya kimi güclü avtomobil sənayesinə malik ölkələr daxil olmaqla böyük əksəriyyət tərəfindən mənfi qarşılanıb.

Qeyd olunan layihəninn əsas məqsədi gələcəkdə bütün avtomobilləri bir-birilə 5G texnologiyası vasitəsilə əlaqələndirmək və avtomobillərin internetə qoşulması üçün müəyyən bir meyar müəyyənləşdirməkdir.

Layihə baş tutacağı təqdirdə nəinki “4 təkərli” maşın sənayesi, həmçinin iri informasiya-kommunikasiya texnologiyalarının istehsalçı şirkətləri(“Deutsche Telekom”, “Ericsson”, “Huawei”, “Intel”, “Qualcomm”, “Samsung”) də böyük gəlir əldə edə bilər.

Bununla bərabər 5G texnologiyasının tətbiqi ilə avtomobillərin bir-birilə əlaqələndirilməsi nəticə etibarı ilə yolları daha təhlükəsiz edəcək və bununla da qəza riski minimum səviyyəyə enəcək.

Həm istehsalçı, həm də istehlakçılar üçün belə effektiv nəticələr verə biləcək təklifin niyə rədd edilməsi Avropa mətbuatında da maraqla qarşılanıb. Ekspert və kritiklər hesab edir, yeni 5G texnologiyası olduqca bahalıdır və onun gerçəkləşməsi hələ də bir qədər qeyri-realdır.

FoxRental olaraq hər zaman müştərilərimizin məmnuniyyəti və təhlükəsizliyini düşündüyümüz üçün biz bu cür təşəbbüsləri alqışlayır və Sizlərin istifadəsinə ən sağlam, ən yeni və ən təhlükəsiz avtomobilləri veririk.

Print Friendly, PDF & Email

Leave a Reply

Call Now Button
Gözləyin...

Bizim xəbərlərə abunə olun

Maraqlı və faydalı xəbərlərimiz sizin üçündür.
Scroll Up