İlk işıqfor | Rent a Car Azerbaijan

İlk işıqfor

traffic light all color

İlk işıqfor

İlk işıqfor

1868-ci ilin 10 dekabrında Londonun mərkəzində – Parlament binasının yaxınlığında qəribə bir qurğu quraşdırılır. Polislər insanlar çaşmasın deyə küçələrdə xüsusi məlumatlandırma kağızları paylayırlar. Bununla da dünyanın ilk işıqforu London şəhər sakinlərinin istifadəsinə verilir. Müasir dövrümüzün elektriklə işləyən 3 rəngli işıqforlarından tamamilə fərqlənən bu işıqfor qazla işləyir və insan əməyinə ehtiyac duyur.

Ancaq bir müddət sonra qaz sızmasından yaranan partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanır və həlak olur. Təhlükəli olduğundan işıqforun ləğv edilməsi qərara alınır.

Yalnız 44 il sonra – 1912-ci ildə ABŞ-da işıqfor yenidən “dünyaya göz açır”. Elektriklə işləyən, yaşıl və qırmızı işıqları olan bu işıqfor müasirinə çox yaxın olsa da, gündəlik olaraq rastlaşdığımız işıqforun əsası ABŞ-ın Klevlənd şəhərində 5 avqust 1914-cü ildə qoyulur. Və bu tarix Ümumdünya İşıqfor Günü kimi qeyd edilir.

Günümüzdə işıqforların çoxalması ilə əlaqədar qərb cəmiyyətlərinin söz lüğətinə bir neçə yeni termin daxil olub. Onlardan biri “Yaşıl Dalğadır”. Ardıcıl olaraq bir neçə işıqfordan yalnız yaşıl işıqda keçirsinizsə, demək, “Yaşıl Dalğaya” düşmüsünüz.

Bizim avtomobillər isə öz növbəsində Sizin “Yaşıl Dalğa”ya qoşulmanızı təmin edəcəklər. Bunun üçün elə indi zəng edin!

Print Friendly, PDF & Email

Leave a Reply

Call Now Button
Gözləyin...

Bizim xəbərlərə abunə olun

Maraqlı və faydalı xəbərlərimiz sizin üçündür.
Scroll Up